Bakı Mühəndislik Universitetində (BMU) “Kargüzarlığın əsasları, kargüzarlıq sənədlərinin kodlaşdırılması və gələn - gedən sənədlərin qeydə alınması” mövzusunda təlim keçirilib.
Universitetin Keyfiyyətin təminatı şöbəsi tərəfindən təşkil olunan tədbirdə sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyət, sənədlərin hazırlanması üçün ümumi tələblər diqqətə çatdırılıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova tədbirin önəmindən danışaraq qeyd edib ki, təlim ali təhsil müəssisəsinin institusional akkreditasiyasına hazırlıq prosesində sənədləşmə işlərinin bu prosedurun tələblərinə uyğun aparılmasına müsbət təsir göstərəcək.
Sonra universitetin Ümumi şöbəsinin müdiri Tahirə Quliyeva “Bakı Mühəndislik Universitetində kargüzarlığın aparılması qaydaları və struktur bölmələrinin şərti kodlaşdırılması” adlı təqdimatla çıxış edib. O, çıxışında sənədlərin hazırlanması üçün ümumi tələblər, sənədlərin tərtibi, rəsmiləşdirilməsi, arxivləşdirilməsi kimi məqamlara aydınlıq gətirib, eyni zamanda təlimdə sənədlərin icrasına nəzarətin təşkili, kompüter sənədlərinə dair tələblər haqda geniş məlumat verib.
Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi