BMU-da IT layihələrinin idarəedilməsi mövzusunda seminar

09 Oktyabr 2024
BMU-da IT layihələrinin idarəedilməsi mövzusunda seminar

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları (IT) sahəsində təhsil alan tələbələr üçün ATL Akademiya ilə birgə “Agile/Scrum” mövzusunda interaktiv seminar təşkil olunub.  

Universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekan əvəzi, professor Vaqif Qasımov tədbirdə çıxış edərək son zamanlar  müxtəlif IT şirkətləri ilə tələbələrin görüşünün təşkil olunmasını müsbət hal kimi qiymətləndirib. IT üzrə təhsil alan gənclərin yaxşı mütəxəssis kimi formalaşması baxımından belə təlimlərə hər zaman ehtiyac duyulduğunu deyən professor ATL Akademiyanın aktual mövzuda seminarlarının tələbələr üçün faydalı olacağına əminliyini söyləyib.

Sonra tədbirdə ATL Akademiya haqqında məlumat verilib, tədris qurumunun əsas missiyasının effektiv inkişaf etmək üçün proqramlaşdırma, IT biliklərinə sahib peşəkarların rolunu anlayan bizneslər və individuallara xidmət göstərmək olduğu bildirilib.

Ardınca akademiyanın məzunu, Beynəlxalq Bankın mütəxəssisi Aytac Müzəffərova IT layihələrinin idarəolunması ilə bağlı tədqimatla çıxış edib. IT məhsullarının ərsəyə gəlməsi prosesindən danışan bank əməkdaşı “Agile” (çevik layihə idarəetməsi fəlsəfəsi) haqqında ətraflı bəhs edib,  onun “Scrum”  (layihə edarəedilməsində spesifik metodologiya) ilə oxşar və fərqli cəhətlərini  izahlayıb. “Agile”nin 4 dəyər və 12 prinsip üzərində qurulduğunu deyən A.Müzəffərova onların hər birinin mahiyyəti və rolu haqqında da ətraflı informasiyaları nəzərə çatdırıb.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər