Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “İş müsahibəsi” mövzusunda təlim keçirilib.
Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan təlimdə insan resursları üzrə mütəxəssis, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər İnkişaf Proqramının (UNDP) Təlim proqramı üzrə biznes təlimçisi Saleh Həsənov müsahibə zamanı diqqət ediləcək əsas məqamlardan danışıb. Təlimçi iş müsahibəsinə hazırlıq, müsahibədə verilən sualların düzgün cavablandırılması, müsahibə prosesinin uğurlu tamamlanmasına yardım edən və mane olan vacib məsələləri nəzərə çatdırıb.
Uyğun namizəd kriteriyasından da bəhs edən mütəxəssis müsahibələr zamanı vakansiya üzrə əsas tələblərə toxunub. Bildirib ki, şirkətin mühitinə, onun daxili yazılmamış qaydalarına, gələcək planlarına uyğun gələn şəxslərin, həmçinin əvvəlki təcrübələrinin nəticələrinə, rəhbərlik və komanda ilə işləyə bilmək, ünsiyyət, empatiya qurmaq kimi bacarıqlara malik olmasına üstünlük verilir.
Təlimdə iştirakçılardan əyani şəkildə müsahibə götürülüb, eləcə də tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi