Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “İnnovasiya nədir? Məhsul sahibi kimdir?” mövzusunda master-klass keçirilib.
Tədbirdə “PAŞA Bank”-ın Biznes innovasiyaları departamentinin əməkdaşları Tahir Bayramlı, Yaşar Cəfərli və Yusif Səmədov tələbələr qarşısında çıxış ediblər.
Belə ki, T.Bayramlı innovasiya anlayışı, innovasiya tipləri, ixtira və innovasiya anlayışları arasındakı əlaqə, innovasiya prosesi və s. məsələlərə aydınlıq gətirib.
“İnnovasiyanı kimlər yaradır və məhsul sahibliyi nədir” mövzusunda çıxış edən Y.Cəfərli biznes, dizayn, texnologiya üçlüyündə məhsul sahibinin yeri və onun öhdəlikləri haqqında geniş məlumat verib.
Növbəti “İlk məhsul sahibi işim” adlı təqdimatda isə Y.Səmədov məhsul sahibi kimi qət etdiyi yol və bu sahədə şəxsi təcrübəsini tələbələrlə bölüşüb.
Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan tədbirin sonunda natiqlər mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavabalandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi