BMU-da “İnkişaf marafonu-2023” adlı tədbir keçirilib

12 Aprel 2023
BMU-da “İnkişaf marafonu-2023” adlı tədbir keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “İnkişaf marafonu-2023” adlı tədbir keçirilib. Marafonun əsas məqsədi təhsil təcrübələrinin bölüşülməsi əsasında tələbələrin doğru inkişafa yönəldilməsidir.

Tədbirdə “Destec Group” şirkətinin İdarə Heyətinin sədri, biznes konsultant Sakit Səmədov öz təcrübəsindən çıxış edərək, insan həyatında vaxt faktoru və zaman anlayışı haqda danışıb. Vaxtın səmərəli istifadəsi, düzgün dəyətləndirilməsi, planlaşdırlması, məqsədlərə uyğun olaraq bölüşdürülməsi ilə bağlı tələbələrə istiqamət verən S.Səmədov onlara çətinliklər qarşısında ruhdan düşməməyi, rəqəmsal dünyada elm, təhsil və bacarıqların təkmilləşdirilməsinə daha çox vaxt ayrılmasını tövsiyə edib.

Sonra “Shane Academy Azerbaijan”-ın təsisçi direktoru, xaricdə təhsil üzrə ekspert Jalə Bəhrəmova “Xarici dil bilməyin uğura gedən yolda rolu” mövzusunda təqdimatla çıxış edib. Natiq çıxışında təhsil imkanları, dil öyrənməyin faydaları və karyera üçün üstünlükləri, xarici təhsilli şəxslər üçün yaradılan fürsətlər və s. haqda şəxsi təcrübələrini bölüşüb.

Görüşdə tələbələri maraqlandıran suallar mentorlar tərəfindən ətraflı cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər