BMU-da ingilis dilində təhsil alan I kurs tələbələri arasında “Brain Ring” yarışması keçirilib

21 Noyabr 2022
BMU-da ingilis dilində təhsil alan I kurs  tələbələri arasında  “Brain Ring” yarışması keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) I kurs  tələbələri arasında  “Brain Ring” yarışması keçirilib. Universitetin İngilis dili bölməsinin müəllimi Çinarə Nərimanovanın təşəbbüsü ilə baş tutan yarışmada İnformasiya texnologiyaları, Dövlət və  bələdiyyə idarəetməsi, Biznesin idarə edilməsi, Nəqliyyatda servis, Proseslərin avtomatlaşdırılması ixtisasları üzrə (tədris ingilis dilində) təhsil alan ilk kurs tələbələri iştirak edib.

Yarış tələbələrin ingilis dilini daha yaxşı mənimsəmələrinə yardımçı olmaq, eyni zamanda, onların dərsdən kənar vaxtlarını səmərəli keçirmələrini təşkil etmək məqsədi daşıyıb.

Tədbirdə Pedaqoji fakültənin dekanı dos. Elşad Abdullayev,  İngilis dili kafedrasının müdiri dos. Nərminə Əliyeva, Pedaqoji fakültənin dekan müavini Kənan Bəşirov və universitetin müəllimləri Tamara Atakişiyeva, Nigar Orucova, Fuad Həsənov və Müzəffər Kərimbəyli münsiflər heyəti qismində iştirak ediblər.

Yarışın sonunda Biznesin idarəedilməsi ixtisasının tələbələrindən ibarət komandası qalib olub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər