BMU-da “Gənc müəllim platforması”nın təqdimatı keçirilib

02 Dekabr 2022
BMU-da “Gənc müəllim platforması”nın təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən “Gənc müəllim platforması”nın (gencmuellim.az) pedaqoji ixtisas üzrə təhsil alan tələbələr üçün təqdimat mərasimi keçirilib.

Görüşün keçirilməsində məqsəd tələbələrdən başlanan effektiv inkubasiya sistemi yaratmaqla gələcəyin müəllimlərinə dəstək olmaq üçün yaradılan gencmuellim.az platformasını tanıtmaqdan ibarət olub.

Açılış nitqi ilə çıxış edən BMU-nun Pedaqoji fakültəsinin dekanı, dos. Elşad Abdullayev tədbirin əhəmiyyətini, platformanın gənc müəllimlərə yeni imkanlar yaradacağına ümidvar olduğunu vurğulayıb.

Sonra AGMA-nın sədri Rüfət Əsədzadə tələbələrə "Tələbə, məzun yox, təcrübəli məzun" mövzusunda seminar keçib. 

Çıxışında gencmuellim.az platformasının müəllimlərə davamlı öyrənmə fürsəti verdiyini deyən R.Əsədzadə hazırda platformada 3500-dən çox aktiv müəllimin və 18 müxtəlif kursun mövcud olduğunu bildirib. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular barədə tövsiyələr verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər