BMU-da gənc dizaynerlərin əl işlərindən ibarət sərgi keçiriləcək

19 Noyabr 2025
BMU-da gənc dizaynerlərin əl işlərindən ibarət sərgi keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “Dizayn” ixtisasında təhsil alan tələbələrin növbəti yaradıcılıq sərgisi keçiriləcək.

Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının baş müəllimi Rasim Qurbanov və  tələbələrinin birgə hazırladığı “Dizaynerlərin rəng palitrasının izləri” adlı sərginin əsas məqsədi tələbələrin praktiki biliklərini inkişaf etdirmək, gənc dizaynerlərin rəng duyumunu, özünəməxsus ifadə tərzini və müasir sənət baxışını geniş auditoriyaya nümayiş etdirməkdir. Sərgi, həmçinin tələbələrin praktiki bacarıqlarını artırmaqla yanaşı, onların incəsənət mühitinə inteqrasiyasına da dəstək verməyi hədəfləyir.

“Art Studio Azerbaijan” MMC ilə birgə həyata keçirilən və dekabr ayında nümayişi planlaşdırılan sərgidə kətan üzərində akril, həmçinin qarışıq texnikalarla işlənmiş, tələbələrin fərdi yaradıcılıq baxışını əks etdirən əsərlər təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər