BMU-da fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fərq imtahanı keçirilib

17 İyun 2025
BMU-da fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fərq imtahanı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fərq imtahanı keçirilib. İmtahan texnika sahəsində ali təhsili olmayan iddiaçıların dissertasiyasının profili üzrə “Texnikanın əsasları” ümumelmi fənnini əhatə edib.

İmtahan komissiyasının sədri, BMU-nun tədris işləri üzrə prorektoru professor Həmzağa Orucov, Magistratura və doktorantura şöbəsinin müdiri professor Şikar Qasımov çıxış ediblər.

İmtahan qaydaları barədə tanışlıqdan sonra sualların cavablandırılması prosesi başlayıb.

Verilmiş müddətdə sualları uğurla cavablandıran dissertant Ramil Mirzəyev imtahanda müvəffəqiyyət qazanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər