Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi “Makroiqtisadi siyasət”, “Beynəlxalq iqtisadi münasibətlər”, “Biznesin təşkili və idarə edilməsi”, “Dövlət strukturlarında menecment”, “Maliyyə menecmenti”, “İstehsal sferasında mühasibat uçotu və audit” və “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə)” ixtisaslaşmalarında onlayn silsilə təlimlər keçirəcək. Təlimlər qeyd olunan ixtisaslaşmalarda təhsil alan 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi ilə əlaqədar təşkil olunur.
18 oktyabr – 12 noyabr tarixləri arasında baş tutacaq təlimlərin məqsədi magistrantların elmi-tədqiqat bacarıqlarının artırılması və dissertasiya işlərinin hazırlanmasına dəstək verməkdir. Təlimlər fakültənin aparıcı tədqiqatçı müəllimləri tərəfindən 4 istiqamət üzrə keçiriləcək.
Təlimlərin qrafiki ilə saytın elanlar bölməsinə (https://beu.edu.az/az/announcement/iqtisadiyyat-ve-idareetme-fakultesi-silsile-telimler-teskil-edir-163) daxil olaraq tanış olmaq mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi