Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
Şuranın sədri, rektor Yaqub Piriyev gündəlikdə olan məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra gündəliyə uyğun olaraq “Yaz semestri imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər”, “Yay məktəbinin təşkili”, həmçinin “Anket sorğularının nəticələrinin dəyərləndirilməsi” məsələləri ilə bağlı hesabatlar dinlənilib.
Hər bir hesabat ətrafında geniş müzakirələr aparılıb, ardınca Elmi Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla hesabatlar qənaətbəxş sayılıb.
Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən iclasda bir sıra ixtisaslar üzrə beynəlxalq proqram akkreditasiyası, İntizam komissiyasının adının dəyişdirilməsi və s. istiqamətlərdə müvafiq qərarlar qəbul olunub. Eyni zamanda, rektor Yaqub Piriyev aidiyyəti struktur rəhbərlərinə tapşırıq və tövsiyələr verib.
İclasda, habelə yubiley yaşı olan Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizova universitetin ictimai-sosial həyatındakı səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi