BMU-da elmi seminar keçirilib

16 Yanvar 2025
BMU-da elmi seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Milli qürur və güc: Milliyyətçilik və militarizmin əlaqəsi” mövzusunda elmi seminar keçirilib.

Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdir əvəzi, dosent Xanlar Heydərov seminarda çıxış edərək BMU-da elmi tədqiqatların gücləndirilməsi üçün görülən işlərə diqqət çəkib və bu istiqamətdə təşkil olunan elmi seminarların əhəmiyyətini vurğulayıb.

Sonra kafedranın baş müəllimi Nərgiz Nəhmətovanın mövzuya dair təqdimatı dinlənilib. Çıxışda milliyyətçilik və militarizmin bir-birinə qarşılıqlı təsirindən söz açılıb, habelə siyasi və mədəni faktorların tarixən milliyyətçiliyin formalaşmasında, eləcə də militarizmin yayılmasındakı rolundan bəhs olunub.

Təqdimat ətrafında geniş fikir mübadiləsi ilə davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər