Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasında “Poladın kimyəvi və mexaniki xüsusiyyətlərinin optimallaşdırılması” mövzusunda elmi seminar keçirilib.
Kafedranın müdiri vəzifəsini icra edən Mahir Bəşirov universitetdə elmi tədqiqatların gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib, bugünkü seminarın önəminə toxunub.
Sonra “Materiallar texnologiyası” ixtisasının doktorantı İmamverdi Behbudlu “34CrMo4, 40CrMo4 və 42CrMo4 poladlarının vakuum rafinasiyası zamanı oksigenin kənarlaşdırılma kinetikası və termodinamik tarazlıq modelləşdirilməsi” adlı məruzəsini təqdim edib.
Kafedranın doktorantı polad növlərinin kimyəvi tərkibi və mexaniki parametrlərinin mühüm sənaye tətbiqlərində istifadəsinin aktuallığına toxunub. Məruzədə, həmçinin xəlitə elementlərinin oksigenin kənarlaşdırılma kinetikasına təsiri, Gibbs enerjisinin əhəmiyyəti, termodinamik tarazlıq şətlərinin optimallaşdırılması məsələləri, eləcə də bu tədqiqat nəticələrinin avtomobil, aviasiya kimi sahələrdə geniş tətbiq imkanları qeyd edilib.
Seminar məruzə ətrafında müzakirələrlə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi