Bakı Mühəndislik Universitetində (BMU) “Elmtutumlu bazalardan effektiv istifadə metodları və elmi məqalənin hazırlanma texnologiyası” mövzusunda elmi seminar keçirilib.
Mühəndislik fakültəsinin təşkilatçılığı ilə baş tutan seminarda professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Seminarda Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov çıxış edərək Times Higher Education-QS World University Rankings qiymətləndirmə meyarları, Azərbaycanın milli h-indeksi, o cümlədən BMU-nun milli h-indeksi reytinqində tutduğu mövqe barədə məlumat verib. Çıxışda eyni zamanda, universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi meyarları, “Web of Science” və “Scopus” platformalarına daxil olan elmi jurnallarda məqalələrin dərc edilməsi, aldadıcı jurnallardan qorunmaq yolları, habelə impakt faktorlu jurnallarda məqalələrin dərci alqoritmindən geniş bəhs olunub.
Müzakirələrlə davam edən seminarda iştirakçıların suallarına da aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi