BMU-da “Elektrik mühəndisliyi” və “Elektrik müfəttişliyi” mövzularında seminar keçirilib

20 Oktyabr 2022
BMU-da “Elektrik mühəndisliyi” və “Elektrik müfəttişliyi” mövzularında seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Mühəndislik fakültəsinin tələbələri üçün “Elektrik mühəndisliyi” və “Elektrik müfəttişliyi” mövzularında seminar təşkil edilib.

Tədbirdə “Baku İnspection Solution” şirkətinin əməkdaşları, beynəlxalq dərəcəli təlimçilər - Cəfər Abbaslı və Şahvaris Rəhimov təqdimatlarla çıxış ediblər. Tələbələrə texniki sahələrin tətbiq dairələri, elektrik mühəndisləri və müfəttişlərinin neft-qaz və qeyri-neft sektorundakı fəaliyyəti, mühəndis heyətinin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti, yerli və xarici şirkətlərdə iş imkanları və s. barədə ətraflı məlumat verilib. Bundan əlavə, seminarda tələbələrin universitet dövründə sahib olacaqları bilik və bacarıqların iş həyatında tətbiqi, karyera üçün mühüm sayılan amillər də iştirakçıların nəzərinə çatdırlıb.

Təlimçilər tələbələrə təmsil etdikləri şirkətin fəaliyyəti haqqında da informasiya veriblər. Bildirilib ki, “Baku İnspection Solution” müvafiq sahələr üzrə müfəttişlik-inspeksiya xidmətlərinin göstərilməsini, eləcə də ixtisasartırma və sertifikatlaşdırma təlimlərini həyata keçirir.

Seminar iştirakçıları maraqlandıran istiqamətlər üzrə sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər