BMU-da “Dünyanın yaranmasında fiziki sabitlərin rolu. Fizikada real aləmin universal modelləri” mövzusunda seminar

05 May 2023
BMU-da “Dünyanın yaranmasında fiziki sabitlərin rolu. Fizikada real aləmin universal modelləri” mövzusunda seminar

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin təşkilatçılığı ilə “Dünyanın yaranmasında fiziki sabitlərin rolu. Fizikada real aləmin universal modelləri” mövzusuna həsr olunan seminar keçirilib.

Tədbirdə adıçəkilən fakültənin Fizika kafedrasının müdiri, dosent Razim Bayramlının mərüzəsi dinlənilib. Fizikada real aləmin universal modellərindən danışan məruzəçi XX əsrin 90-cı illərinə qədər elmdə baş vermiş inqilablar və ötən əsrin ən böyük elmi kəşflərindən söz açıb.

Seminarda dünyanın təbii-elmi mənzərələri, kainatın və həyatın atributları barədə ən maraqlı məqamlar iştirakcıların diqqətinə çatdırılıb, müasir dünyanın təbii-elmi mənzərəsinin yaradılmasında “Plank miqyası” adlanan kəmiyyətlərin xüsusi əhəmiyyəti vurğulanıb.

Digər natiqlər də çıxışlarında yalnız kainatın və insanın deyil, bütün təbiət, o cümlədən humanitar, sosial elmlərin bütövlüyü, birgə inkişafını qeyd ediblər.

Tədbirdə mövzu ilə bağlı geniş fikir mübadilləsi və müzakirələr aparılıb, məruzə ilə bağlı suallar cavablandırılıb.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər