Bakı Mühəndislik Universitetində (BMU) doktoranturaya qəbul olmaq üçün ixtisas fənni üzrə imtahanlar təşkil olunub.
Öncə iddiaçılara imtahan qaydaları haqqında zəruri informasiyalar təqdim edilib.
İddiaçılar qəbul qaydalarına uyğun olaraq verilən vaxt müddətində yazılı imtahan suallarını cavablandırıb. Cavablar imtahan komissiyası tərəfindən qiymətləndirilib və nəticələrə əsasən müvəffəq qiymət almış iddiaçılar BMU-nun doktorantura səviyyəsinə qəbul ediliblər.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru professor Ağasi Məlikov imtahanda uğur qazanan şəxsləri təbrik edib. BMU-da tədris prosesinin təşkili haqqında məlumatları diqqətə çatdıran prorektor, həmçinin elmi fəaliyyətlə bağlı mühüm məsələləri vurğulayıb. Bildirib ki, universitetdə doktorantura üzrə təhsil alanlara da geniş imkanlar yaradılıb, həmçinin onlara araşdırmalarını beynəlxalq elmi mühitdə təqdim etməsi üçün hərtərəfli dəstək göstərilir.
İctimaiyyətlə əlaqələr şöbəsi