Bakı Mühəndislik Universitetində (BMU) Riyaziyyat kafedrasının Diferensial tənliklər ixtisası üzrə doktorantlarının minimum imtahanı keçirilib.
İmtahan komissiyasının sədri, BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov çıxış edərək imtahan qaydaları ilə iştirakçıları yaxından tanış ediblər.
Sonra doktorantların imtahan suallarını cavablandırması prosesi başlayıb.
Verilmiş müddətdə sualları uğurla cavablandıran Diferensial tənliklər ixtisası üzrə Riyaziyyat kafedrasının doktorantları- Süheyla Bəhlulzadə, Şəms Ənnağılı, Qahirə Şahbazova və Davud Orucov imtahanda müvəffəqiyyət qazanıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi