BMU-da “Dizayn” ixtisası tələbələrinin sərgisi

20 May 2025
BMU-da “Dizayn” ixtisası tələbələrinin sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsi “Dizayn” ixtisası tələbələrinin növbəti sərgisi keçirilib. 

Sərgidə Dizayn kafedrasının baş müəllimi Lalə Sadıxovanın rəhbərliyi altında I və II kurs tələbələrinin rəsm, rəngkarlıq və interyer-ekstryer dizayn mövzularında yaratdıqları layihələr nümayiş etdirilib.

Tələbələr iki semestr ərzində hazırladıqları masaüstü kompozisiyalar, həndəsi fiqurlar və dizayn layihələri vasitəsilə öz yaradıcılıq bacarıqlarını, müxtəlif dizaynlara uyğun yanaşmalarını ortaya qoyublar.

Tədbirdə  bildirilib ki, bu cür sərgilər tələbələrin yaradıcılıq potensialının inkişafı, onları peşəkar sahəyə hazırlamaq və innovativ üslublara təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda tələbələrin yaradıcı ideyalarının, təşəbbüslərinin hər zaman dəstəkləndiyi və gələcəkdə daha geniş layihələrin təşkilinin planlaşdırıldığı vurğulanıb.

Sərgi ilə tanışlıq zamanı müəllimlər tələbələrin əl işlərini qiymətləndirib və onlara gələcək layihələrdə uğurlar arzulayıblar.

Sonda tələbələrə sertifikatlar təqdim olunub.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər