Bakı Mühəndislik Universitetində (BMU) Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş qəhrəman oğullarımıza, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi kimi təsis edilən 27 Sentyabr-Anım Gününə həsr olunan “acıq dərs”lər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə şəhidlərimizin əziz xatirəsi anılıb.
Pedaqoji fakültənin İngilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərminə Əliyeva, kafedranın müəllimləri Nargilə Behcət, Çinarə Nərimanova, Xanım Cəfərli, Zülfiyyə Yusubova, Aysel Soltanova, Tamara Atakişiyeva, Nigar Orucova, eyni zamanda Memarlıq və inşaat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev, kafedranın dosenti Xaqan Balayev tərəfindən müxtəlif mövzularda keçirilən “açıq dərs”lərdə qazanılmış şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyinin dayandığı xüsusi vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı sarsılmaz həmrəylik nümayiş etdirib və bu birlik “Dəmir yumruq” kimi səciyyələndirilir.
Dərslərdə erməni vandalizmini təsdiq edən tarixi materiallar əsasında müəllimlər tərəfindən hazırlanmış video-tədqimatlar nümayiş etdirilib. Bununla yanaşı, erməni ordusunun genişmiqyaslı təxribatİarının nəticəsində İkinci Qarabağ müharibəsinə təkan verən amillər, bu təxribatların qarşısının alınması məqsədilə rəşadətli ordumuz tərəfindən əks-həmlə əməliyyatlarına başlanılması, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi zəfər haqda ətraflı müzakirələr aparılıb.
“Açıq dərslər”də Prezident İlham Əliyevin müharibə dövründə münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində sərgilədiyi diplomatik məharətdən ətraflı bəhs olunub, eyni zamanda qalib ölkənin vətəndaşları kimi gənc nəslin üzərinə düşən məsuliyyətdən danışılıb.
İnteraktiv formada baş tutan tədbirlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi