10 noyabr 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XV Azərbaycan Birinciliyi) keçiriləcək.
Müsabiqədə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 65-ə yaxın komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edəcək. Müvəffəqiyyət qazanan komandalar 29 noyabr-1 dekabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, PAŞA Bank müsabiqənin baş sponsorudur.
İctimaiyyətlə əlaqələr şöbəsi