BMU-da 21 xarici ölkədən tələbə təhsil alır

04 Oktyabr 2019
BMU-da 21 xarici ölkədən tələbə təhsil alır

 Bakı Mühəndislik Universitetində (BMU) 21 xarici ölkədən olan tələbələr bakalavr və magistr təhsili alır. Əcnəbi tələbələrin bir qismi müvafiq qanunvericiliyə uyğun olaraq, universitetdə yaradılmış qəbul komissiyası tərəfindən, bir qismi isə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarına qatılaraq BMU-ya qəbul olunub.

   2019/2020-ci tədris ilində də tələbə adını qazananlar arasında əcnəbi tələbələr yer alıb. Onların sırasında Rusiya, Gürcüstan, Livan, Pakistan, Yəmən, Şri-Lanka və başqa ölkələrin vətəndaşları var.

    BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu xarici universitetlərlə və beynəlxalq təhsil təşkilatları ilə əlaqələrin qurulması ilə yanaşı, xarici ölkələrdən tələbə qəbulu işini də həyata keçirir. Universitetə xarici tələbələrin qəbul prosesi əcnəbi tələbələrin qəbulu üzrə komissiya tərəfindən icra olunur. Komissiyada tələbənin müraciətinə baxılır, sənədləri yoxlanılır, müsahibədən keçirilir və ən sonda müvafiq qərar qəbul edilir. Eyni zamanda, ölkəmizdə yaşayan xarici vətəndaşlar DİM-in təşkil etdiyi qəbul imtahanlarında iştirak edərək BMU-nun ixtisaslarını seçə bilirlər.

 

 

  BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər