BMU-da 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı öz işini davam etdirir

24 May 2022
BMU-da 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı öz işini davam etdirir

Bakı Mühəndislik Universiteti (BMU) və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı (23-25 may) öz işini bölmə iclaslarında davam etdirir.

 “Mühəndislik təhsilində innovasiyalar”, “Enerjinin idarə olunması, enerji sistemləri, kompüterləşdirmə xüsusiyyətlərinin üstünlükləri, tullantıların idarə olunması və utilizasiyası”, “Maye axınlarda və istilik transferində riyazi metodlar”, “Ərimə və bərkimə” və “Virtual sessiya” adlı bölmə iclaslarında yerli və əcnəbi alimlərin elmi məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, mayın 23-də müxtəlif xarici ölkələrdən 70 nəfər mütəxəssisin və nüfuzlu elm adamlarının qatıldığı konfransın açılış mərasimi keçirilib (https://bit.ly/3lDbMAQ). 

İndiyə qədər ayr-ayrı ölkələrdə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” adı altında təşkil olunan konfrans Azərbaycanda ilk dəfədir təşkil olunur. Vurğulamaq yerinə düşər ki, Fransanın Lorraine Universitetinin keçirdiyi “Materiallar və enerji  konfransı”nın (http://www.icome.ecam-epmi.fr/) iştirakçıları da BMU-da təşkil edilən konfransa qatılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər