BMU AREA şirkəti ilə əməkdaşlıq edəcək

18 Oktyabr 2019
BMU AREA şirkəti ilə əməkdaşlıq edəcək

        AREA  şirkətinin nümayəndələri Bakı Mühəndislik Universitetində olublar.

    Şirkət nümayəndələri universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və İnnovasiya mərkəzinin müdiri Elçin Yusubov ilə görüşüblər. Dos. M. Namazov qonaqlara BMU haqqında ətraflı məlumat verib, universitet-sənaye əlaqələrinin əhəmiyyətindən danışıb.

   Şirkət rəhbəri  Rəhman Rəsulzadə təmsil etdiyi qurumun fəaliyyəti, proqramları, keçirdiyi müsabiqələr  və informasiya texnologiyaları sahəsindəki yeniliklərdən bəhs edib.

    BMU-nun yüksək potensialının olduğunu vurğulayan şirkət nümayəndələri kompüter elmləri, informasiya texnologiyaları və proseslərin avtomatlaşdırılması kimi sahələr üzrə universitetlə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər. 

    Daha sonra əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər