Beynəlxalq tədbirdə ermənilərin törətdikləri cinayətlərdən bəhs olunub

23 Oktyabr 2019
Beynəlxalq tədbirdə ermənilərin törətdikləri cinayətlərdən bəhs olunub

      Bakı Mühəndislik Universitetinin (BMU) Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, t.ü.f.d., dosent Samir Quliyev Türkiyədə “XX əsrin əvvəllərində Türk-Erməni münasibətləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib. Türk Tarix Qurumunun və İğdır Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşən simpoziuma dünyanın müxtəlif ölkələrindən alimlər, mütəxəssislər qatılıblar.

     Dos. S.Quliyev simpoziumda “1918-1920-ci illərdə Azərbaycan nefti üzərindəki beynəlxalq rəqabətdə erməni faktoru” adlı məruzə ilə çıxış edib. Ermənilərin Azərbaycan və Türkiyə ərazisində 1918-1920-ci illərdə törətdikləri cinayətlər və səbəb olduqları hadisələr tarixi faktlarla diqqətə çatdırılıb.

     Tədbir çərçivəsində dos. S.Quliyev mövzu ilə əlaqəli ətraflı müzakirələr aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər