Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində təmsil olunan tələbələr və onların mentorları ilə görüşüb.
Görüşdə prorektor belə sərgilərin gənclərin innovativ ideyalarının tanınması, texniki bilik və bacarıqlarının nümayiş etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda BMU tələbələri- Fərid Məmmədov, Rəhim Şirinov, Rəsul Nəcəfli, Mədinə Baba, Əbdurrəhman Heydərli, Məhəmməd Səmədli və Elçin Hacıyevin hazırladığı layihələrin kənd təsərrüfatı sahəsi üçün maraqlı startaplar olduğu bildirilib, habelə sərgidə fəal iştiraklarına görə onlara minnətdarlıq ifadə edilib. Ağası Məlikov, həmçinin bu innovativ layihələrin ərsəyə gəlməsi üçün tələbələrə mentorluq edən universitet əməkdaşlarına da təşəkkürünü bildirib.
Sonda sərgidə fəal iştiraklarına görə tələbə və mentorlara “Təşəkkürnamə” təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi