Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

16 Fevral 2023
Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ilinin yaz semestri başlayıb.

Universitetin Akademik təqviminə uyğun olaraq, bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 31 may tarixinə qədər davam etdirilməsi nəzərdə tutulur. Yaz semestrinin imtahan sessiyası isə 01 iyun-05 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, 2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, eyni zamanda kafedraların elan lövhələrinə yerləşdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər