Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

13 İyun 2025
Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

İyunun 25-də Bakı Mühəndislik Universitetində (BMU) 2024-2025-ci tədris ili üzrə “Məzun günü” keçiriləcək. Dövlət və hökumət nümayəndələri, millət vəkillərinin iştirakının nəzərdə tutulduğu tədbir saat 18:00-da universitetin əsas binasının qarşısında  təşkil olunacaq. 

“Məzun günü”ndə rəsmi çıxışlardan sonra cari tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, eyni zamanda universitet birincisi mükafatlandırılacaq.

Bədii proqramla davam edəcək “Məzun günü”ndə Xalq artisti Röya Ayxan və digər sənət adamlarının çıxış etməsi planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər