Bakı İstanbul liseyinin şagirdləri BMU-da ekskursiyada olublar

29 May 2025
Bakı İstanbul liseyinin şagirdləri BMU-da ekskursiyada olublar

Bakı İstanbul liseyi şagirdlərinin Bakı Mühəndislik Universitetinə (BMU) ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı şagirdlərə universitetin maddi-texniki bazası və tədris olunan ixtisasları barədə zəruri informasiyalar verilib.

Sonra şagirdlər ali təhsil ocağının Biologiya, Fizika, Kimya, Kibertəhlükəsizlik və Mexanika laboratoriyaları ilə yaxından tanış olublar. Onlara laboratoriyalarda müxtəlif təcrübə prosesləri əyani nümayiş etdirilib və maraq doğuran suallarına aydınlıq gətirilib.

BMU tələbələrinin startaplarına, eyni zamanda əl işlərinə baxan şagirdlər hazırlanan layihələri maraqla qarşılayıblar.

Ali təhsil ocağı ilə tanışlıq şagirdlərdə xoş təəssürat yaradıb.      

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər