Azərbaycanın Koreya Respublikasındakı səfirliyində görüş

28 Noyabr 2022
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində görüş

Koreya Respublikasında səfərdə olan Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyində olublar.

Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru, professor Havar Məmmədov, Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Turan Topalova, BMU-nun prorektoru Manafəddin Namazov, BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli və tədris işləri üzrə mütəxəssis Əsmər İbadova təmsil olunur.

Səfir Ramin Həsənov ölkə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Koreya Respublikası arasında təhsil sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Səfir birgə icra olunan təhsil layihələrinin vacibliyi və perspektivlərindən söz açıb, həmçinin gələcək proqram və layihələr barəsində fikirlərini ifadə edib.

Rektor Havar Məmmədov artıq 3 ildir tətbiq olunan BMU-İNHA İkili Diplom Proqramı haqqında ətraflı məlumat verib və  hazırda proqram üzrə 274 tələbənin ingilis dilində təhsil aldığını bildirib. Proqramın dövlət hesabına maliyyələşdiyini söyləyən Havar Məmmədov Elm və Təhsil Nazirliyi tərəfindən onun icrasına xüsusi diqqət göstərildiyini nəzərə çatdırıb.

Qeyd edək ki, Koreya Respublikasına bir həftə davam edən səfərin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair müzakirələrin aparılması, bu çərçivədə müxtəlif görüşlərin keçirilməsi olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər