“Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək

04 Oktyabr 2019
“Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək

      29-30 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək.

       Konfransın məqsədi mühəndislik elmləri üzrə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, yeni araşdırmaları, düşüncələri bölüşmək, problemlərə birgə həll yolu tapmaqdır.Belə ki, hazırda dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elmi sahələr sürətlə dəyişir, inkişaf edir. İqtisadi inkişaf və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi bütün sferalarda zəruri ehtiyac olaraq qarşımıza çıxır. İki gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, ölkəmizin gələcəyinə töhfə vermək istiqamətində də ətraflı müzakirələr aparılacaq.

         Qeyd edək ki, konfransa təqdim olunacaq və təşkilat komitəsi tərəfindən seçiləcək işlər toplu şəklində nəşr ediləcək. Konfrans barədə daha ətraflı məlumat əldə etmək üçün təşkilat komitəsinə müraciət etmək mümkündür (Ünvan: AZ 0101, Xırdalan ş., Həsən Əiyev küç. 120, Bakı Mühəndislik Universiteti. Tel: (+99412) 3499966/67 (1221); (+99412) 3499966/67 (1303); (+99412) 3499966/67 (1307). E- mail: scc@beu.edu.az).

http://beu.edu.az/az/news/xeberler-124/azerbaycanin-innovativ-inkisafinda-muhendisliyin-rolu-hedefler-ve-perspektivler-adli-elmi-praktiki-konfrans-kecirilecek-10186

 İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər