Təhsil sektoru üçün qlobal liderlik konfransı

27 Yanvar 2021
Təhsil sektoru üçün qlobal liderlik konfransı

27-30 yanvar 2021-ci il tarixlərində Hindistan Didaktika Assosiasiyasının təşkilatçılığı ilə onlayn formatda təhsil sektoruna həsr olunan illik qlobal liderlik konfransı keçiriləcək. “The International Education and Skill Summit” (TIESS) adlı konfransda Bakı Mühəndislik Universitetinin (BMU) müəllimləri və mütəxəssisləri də iştirak edə bilərlər. Bunun üçün https://www.tiess.online/ linkinə daxil olaraq qeydiyyatdan keçmək tələb olunur.

50-dən çox ölkənin milli dərnəkləri və qurumları tərəfindən dəstəklənən TIESS  artıq 12-ci ildir ki, təşkil olunur. TIESS müəllimlərin, liderlərin və mütəxəssislərin ən yaxşı strategiyaları və təcrübələrinin bölüşdüyü ən böyük təhsil toplantısıdır.

Dünyanın müxtəlif yerlərindən 30 mindən çox təhsil sektorunun nümayəndəsinin qatıldığı konfrans 4 gün və 40-dan artıq bölmədə davam edəcək.

Digər elanlar