"Məzunlarımız haradadır?" layihəmizin ilk qonağı “Tesla” şirkətində çalışan Paşa Feyzullayev olacaq

06 Dekabr 2022
"Məzunlarımız haradadır?" layihəmizin ilk qonağı “Tesla” şirkətində çalışan Paşa Feyzullayev olacaq

Əziz tələbələr, "Məzunlarımız haradadır?" layihəmizin ilk qonağı “Tesla” şirkətində çalışan Paşa Feyzullayev olacaq. Tədbir 7 dekabr tarixində, saat 10:30-da (otaq 128A) Bakı Mühəndislik Universitetində (BMU) keçiriləcək.

P.Feyzullayev 660 balla Kimya mühəndisliyi ixtisasına daxil olub. O, bakalavr pilləsində oxuyarkən SOCAR və FAB şirkətlərində təcrübə keçib, eyni zamanda BMU-da “Yaşıl kimyaçılar” klubunun rəhbəri olub. Təhsil aldığı müddətdə Böyük Britaniyanın Bakıda keçirilən “FameLab” elmi layihəsində iştirak edən P.Feyzullayev  tamaşaçılar tərəfindən ən bəyənilən iştirakçı seçilib.

P.Feyzullaev “Mövlana akademik tələbə mübadiləsi” proqramı çərçivəsində beş ay müddətinə Türkiyədə Səlcuq Universitetində təhsil alıb.

Hazırda məzunumuz magistratura təhsilini Münster Tətbiqi Elmlər Universitetinin Kimya mühəndisliyi ixtisasında davam etdirir. Təhsili müddətində universitetin layihələrində araşdırmaçı olaraq fəaliyyət göstərib. 2022-ci ilin iyul ayın etibarən P.Feyzullayev “Tesla” şirkətinin Material laboratoriyasında işə başlayıb və dissertasiya işini “Tesla”da etmək təklifi alıb.

Digər elanlar