Qazaxıstanda növbəti tədris ili üzrə təhsil imkanı

29 Mart 2023
Qazaxıstanda növbəti tədris ili üzrə təhsil imkanı

Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

İlkin mərhələdə müraciətçilərin universitet tərəfindən namizədliyinin təqdim olunması üçün tələb olunan sənədləri 15.04.2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Tələb olunan sənədlər:

·        CV (tərcümeyi-hal);

·        Tövsiyə məktubu (rus, qazax və ya ingilis dilində);

·        Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);

·        Məhkumluq barəsində arayış;

·        Dil sertifikatı ((tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili rus dilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

(https://htp.edu.az/uploads/fileuploads/2023/03/104f9f2548b24bda850b33f46f5f6fa5.pdf)

Əlavə sual yaranarsa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Qəhrəmanlıya müraciət edə bilərsiniz (email: [email protected] ).

Digər elanlar