PAŞA Bank ödənişli yay təcrübə proqramını elan edir

18 May 2022
PAŞA Bank ödənişli yay təcrübə proqramını elan edir

PAŞA Bank tələbələr üçün ödənişli yay təcrübə proqramını elan edir. Proqrama bütün kurslarda təhsil alan bakalavr və magistr tələbələri, həmçinin 2020/2021-ci tədris ilinin məzunları müraciət edə bilər.

Proqram aşağıda qeyd olunan sahələri əhatə edir:

·        BI&DWH

·        IT əməliyyatlar

·        Data əməliyyatlar

·        Rəqəmsal mühəndislik

·        Hüquq

·        Telesatış

·        Kreditlərin strukturlaşdırılması

·        Satış

·        Məlumat təhlükəsizliyi

·        Marketinq

·        Risk

·        Maliyyə

·        Əməliyyat

·        Data Science

Təcrübə proqramı 3 ay ərzində davam edəcək və seçim müsahibə əsasında aparılacaq.

Müraciət etmək istəyən tələbələr əlavə olunmuş ərizə formasını 25 may 2021-ci il tarixinə kimi doldurmalı, onları maraqlandıran sahəni mövzu hissəsinə qeyd edərək internship@pashabank.az ünvanına göndərməlidirlər.

Proqramın başlama tarixi isə seçim mərhələsindən sonra elan olunacaq.

Digər elanlar