“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun ilk sessiyası keçiriləcək

22 Sentyabr 2020
“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun ilk sessiyası keçiriləcək

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Clubs) ilk sessiyası 23 sentyabr 2020-ci il tarixində onlayn formada təşkil olunacaq.

Saat 18:00-da baş tutacaq toplantıda “Google DSC nədir?”, “Necə oldu ki, BMU üzrə “Google” şirkətinin Proqramçı Tələbələr Klubuna rəhbər seçildim?”, “BMU-da və digər universitetlərdə bu kluba necə üzv olmaq olar?” mövzularında müzakirələr aparılacaq.

Sessiyanı izləmək üçün https://bit.ly/2RAGxqS linkinə daxil olaraq hesab yaratmaq və qeydiyyatdan keçmək lazımdır. Alternativ olaraq toplantını https://www.youtube.com/watch?v=kiQ52ho2Qjk linki vasitəsilə izləmək də mümkündür.

BMU üzrə Google Proqramçı Tələbələr Klubu haqqında yeni məlumatlar əldə etmək üçün maraqlanan şəxslər https://dsc.community.dev/baku-engineering-university/ linkinə daxil olaraq qeydiyyatdan keçə və kluba qoşula bilər. Bundan əlavə klubun  feysbuk səhifəsini (https://www.facebook.com/gdc.beu) izləyərək yeni informasiyalar əldə etmək mümkündür.

Xatırladaq ki, BMU-nun Kompüter mühəndisliyi ixtisası üzrə magistr tələbəsi Kənan Yusubov “Google” şirkətinin Proqramçı Tələbələr Klubu (Developer Student Clubs) proqramına Klubun universitet üzrə yerli bölməsinin rəhbəri olaraq qəbul edilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar