Karyerasını FMCG (Fast Marketing Consumer Good- istehlak mallarının sürətli marketinqi) sektorunda qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı!
“Veysəloğlu” şirkəti kommersiya sahəsində tələbələr üçün Təcrübə Proqramı elan edir.
Bizim ailəmizə qoşularaq nələr qazanacaqsınız?
· İşləyərək öyrənmək;
· Satış və Marketinq sahələrində real iş mühiti ilə tanışlıq;
· Gələcəkdə karyerasını şirkətdə davam etmək;
· Ödənişli təcrübə proqramından faydalanmaq.
Tələblər
• Ali təhsil (maliyyə və marketinq sahəsində bakalavr və ya magistr dərəcəsi);
• Dil bilikləri: ingilis dillini yaxşı və rus dilini orta səviyyədə bilməli;
• Səlis ünsiyyət bacarıqları (şifahi və yazılı);
• Analitik düşüncə;
• Öyrənmə və inkişaf etmə həvəsinin yüksək olması;
• “Microsoft office” proqramları ilə işləmə bacarığı
Təcrübə proqramı ödənişlidir: yol və yemək xərcləri də şirkət tərəfindən təmin olunur.
Son müraciət tarixi: 28.02.2023-ci il. Təcrübə proqramı ilə maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “TəcrübəProqramı” qeydetməklə recruitment@veyseloglu.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.
Proqramı uğurla tamamlayan təcrübəçilər karyeralarını “Veysəloğlu” şirkətində davam etdirmək imkanı qazanacaqlar.