“Education HUB Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

06 İyul 2021
“Education HUB Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Education HUB Azərbaycan” tələbələr üçün 3 ay müddətinə yay təcrübə proqramı elan edir.

Proqrama 18-30 yaşlı tələbə və məzunlar, sosial biznes və layihələrin idarəçiliyinə marağı olanlar, həmçinin ingilis və ya digər xarici dil biliyi olanlar müraciət edə bilər.

Könüllülük proqramının müddəti 20 iyul-20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Proqrama son müraciət tarixi 10 iyul 2021-ci ildir.

Proqrama https://bit.ly/3hyqZAx linkinə daxil olaraq müraciət etmək olar. 

Qeyd edək ki, “Education HUB Azərbaycan” sosial sahibkarlıq və təhsil məkanıdır. Bu platforma innovativ və qeyri formal təhsil vasitələri ilə gəncləri maarifləndirir və onları yeniliklər üçün ruhlandırır. Təcrübə proqramına qoşulmaqla peşəkar komandada onlayn və ya oflayn işləmək, sosial layihələrin idarəetməsi bacarıqları və müxtəlif layihələrdə iştirak, eyni zamanda, yerli və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etmək mümkündür.  

Digər elanlar