Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Turin Politexnik Universiteti 2024/2025-ci tədris ilinin payız semestri üçün yeni çağırış elan edir.
Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə bakalavr tələbələri iştirak edə bilər.
İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4. Tövsiyə məktubu;
5. Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yığım sistemi Tanınma vərəqi.
Tələb olunan sənədləri 02.05.2024-cü il tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/BFvfL2UpMQRGHkWW9) linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.
Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
İngilis dilində tədris olunan proqramlar aşağıdakı linkdə qeyd olunmuşdur: https://www.polito.it/sites/default/files/2024- 03/PoliTO%20Fact%20sheet%2024-25.pdf
Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (İBF binası 423-cü otaq, email: iro@beu.edu.az ) müraciət edə bilərsiniz.