BMU-nun tələbələri üçün beynəlxalq sammitdə iştirak etmə fürsəti

11 Noyabr 2021
BMU-nun tələbələri üçün beynəlxalq sammitdə iştirak etmə fürsəti

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə təhsil alan qız tələbələr Avropa və Mərkəzi Asiyada təşkil olunacaq qadınların ən böyük sammiti - “Perspektywy Women in Tech Summit 2022”-də iştirak edə bilərlər.

7-8 iyun 2022-ci il tarixlərində keçiriləcək sammitdə iştirak etməklə BMU tələbələri tanınmış qadınlarla tanış olmaq, qlobal texnologiya şirkətlərinin nümayəndələri ilə görüşmək, həmçinin mentorluq əldə etmək və beynəlxalq iş imkanları tapmaq şansı qazanacaqlar.

Bakıdan Varşavaya və geriyə səyahət, sammit günləri üçün Varşavada yerləşmə, eləcə də tədbir bileti təşkilatçılar tərəfindən qarşılanacaq. Sammit haqqında detallı məlumatı www.womenintechsummit.pl saytına daxil olmaqla öyrənmək olar.

Sammitə qoşulmaq üçün ingilis dilini C1 səviyyəsində bilmək tələb olunur. Müraciət üçün son tarix 30 noyabr 2021-ci ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatı isə www.polandithub.pl/summit saytından əldə etmək mümkündür.

Digər elanlar