BMU-da tələbə və müəllimlər üçün hakaton keçiriləcək

05 Noyabr 2024
BMU-da tələbə və  müəllimlər üçün hakaton keçiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) çərçivəsində hakaton keçiriləcək. Noyabr ayının sonunda 2 gün ərzində gerçəkləşdirilməsi planlaşdırılan hakatonın qalibləri müvafiq olaraq

 

1-ci yer - 3000 manat,

2-ci yer - 2000 manat,

3-cü yer- 1000 manat

 

məbləğində pul mükafatı qazanacaqlar. Həmçinin, hakatondan seçilmiş ən perspektivli startap layihələri “BEUTechnopark”da 3 aylıq inkubasiya proqramına cəlb ediləcəklər. Startaplara təlim-mentorluq xidmətləri ilə yanaşı, bəzi zəruri avadanlıqların alınması üçün də maliyyə dəstəyi verilməsi nəzərdə tutulur. İnkubasiya proqramının nəticələrinə görə ən uğurlu 3 startap layihəsi 15000, 12000, 9000 manatlıq mükafat qazanacaqlar.

 

Hakatonda prioritet istiqamətlər aşağıdakı kimidir:

 

kibertəhlükəsizlik;

yaşıl enerji;

təhsildə rəqəmsallaşma;

yaşıl maliyyə və davamlı investisiyalar.

 

Artıq hakatona BMU-nun tələbə və  müəllimlərinin onlayn formada qeydiyyatına başlanılıb.

 

BMU-nun tələbə və əməkdaşları müraciət üçün linkdən istifadə edə bilərlər: https://forms.gle/j31thdKSYoyzfhzm8  

 

Müraciət etmək üçün son tarix -15 noyabr 2024-ci il.

 

Məlumat üçün bildiririk ki, hakaton ilə bağlı 6 noyabr 2024-cü il tarixində saat 12:00-da BMU-nun yeni tədris binasının akt zalında  infosessiya təşkil olunacaq.

 

Onu da xatırladaq ki, ASSİP layihəsi “BEU Technopark” və "Yeni Fikir" MMC tərəfindən icra edilir.  Layihəyə uyğun olaraq, cari ilin oktyabr ayında BMU-nun professor-müəllim heyətinin cəlb edildiyi təlimçilərin təlimi (“TOT” - Training of Trainers) keçirilib.

Digər elanlar