BMU-da magistratura təhsili ilə bağlı tez-tez ünvanlanan suallar və cavablar:
1) 1.5 illik və 2 illik magistratura proqramları arasında hansı əsas fərqlər mövcuddur?
- 1.5 illik proqramda dissertasiya işi yazılmır. Təhsil müddəti 1 il yarım təşkil edir və ikinci il üzrə yalnız yarım illik təhsil haqqı ödənilir. Bu proqram üzrə məzunlar doktorantura səviyyəsinə qəbul olunmaq hüququna malik deyillər. Tədris proqramında əsasən, praktiki fənlərə üstünlük verilir.
2) Magistratura dərslər həftədə neçə dəfə və hansı saatlarda keçirilir?
- Tədris həftədə 3 dəfə təşkil olunur. Həftə içi günləri dərslər saat 18:20-də başlayır və 20:40-da yekunlaşır.