Bakı Mühəndislik Universitetinə daxil olmuş I kurs tələbələrinin nəzərinə!

06 Oktyabr 2020
Bakı Mühəndislik Universitetinə daxil olmuş I kurs tələbələrinin nəzərinə!

Bakı Mühəndislik Universitetinə (BMU) bakalavr pilləsi üzrə qəbul olmuş I kurs tələbələrinin mərhələli şəkildə universitetin fəaliyyəti ilə tanışlığı təşkil ediləcək. Tanışlıq günündə görüş baş tutduqdan sonra ingilisdilli ixtisaslara qəbul olmuş tələbələrin ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı keçiriləcəkdir. Bu imtahanlarda tələbələrin iştirakı vacibdir.

Pandemiya vəziyyəti ilə əlaqədar olaraq universitetə daxil olan tələbələrin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmələri tələb olunur.

Görüşün ayrı-ayrı fakültələr üzrə keçirilmə yeri və tarixi barədə daha ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür. 

2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinə qəbul olmuş tələbələrlə tanışlıq görüşlərinin keçirilmə CƏDVƏLİ - PDF yüklə

Digər elanlar