“Azərkosmos”un nümayəndələri BMU-da infosessiya təşkil edəcək

12 May 2022
“Azərkosmos”un nümayəndələri BMU-da infosessiya təşkil edəcək

Azərbaycan Respublikasının Kosmik Agentliyi-Azərkosmosun nümayəndələrinin iştirakı ilə Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün  infosessiya təşkil olunacaq.

13 may 2022-ci il tarixində keçiriləcək tədbirdə tələbələrə Azərkosmos və onun qoşulduğu beynəlxalq təşəbbüslər barədə məlumatlar veriləcək. Bununla yanaşı, kosmosun əhəmiyyəti və faydaları, ölkədə kosmik fəaliyyət sahəsində Azərkosmosun rolu, maarifləndirici layihələr, karyera imkanlarından da söz açılacaq.

Görüşdə universitetin İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Mexanika mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan, həmçinin digər maraq göstərən tələbələr iştirak edə bilər.

Digər elanlar