Azərbaycan Beynəlxalq Nəqliyyat Sistemində:
Hədəflər və Perspektivlər Beynəlxalq Elmi-Praktiki Konfransı
24-25 may 2024-ci il tarixlərində keçiriləcək “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər beynəlxalq elmi-praktiki konfransı”nın əsas məqsədi Ali təhsil müəssisələrində tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmə əhəmiyyətli töhfələr vermək üçün nəqliyyatın aktual problemlərinin, o cümlədən nəqliyyat logistikası, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, nəqliyyat vasitələrinin etibarlılığı, dünya və region üçün böyük əhəmiyyətə malik olan qlobal istiləşmə, nəqliyyat sektorunda karbon qazı emissiyasının azaldılması və alternativ enerjiyə keçid ilə bağlı elmi müzakirələrin aparılması və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir. Bu istiqamətdə ölkəmizin gələcəyinə töhfə vermək üçün konfransa yerli və dünyanın müxtəlif ölkələrində çalışan elm adamları və mühəndisləri, ali məktəblərin professor-müəllim heyətini, doktorantları, dissertant və magistrantları elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi konfransa dəvət edirik.
Təşkilat Komitəsi tərəfindən seçilmiş və konfransa təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
· Azərbaycanda nəqliyyat sisteminin logistik təşkili
· Nəqliyyat texnologiyaları və innovasiyalar
· Nəqliyyatda investisiya və biznes planlaşdırma
· Nəqliyyat dəhlizləri və təchizat zəncirinin idarə edilmə problemləri
· Nəqliyyatın ekoloji problemləri və dayanıqlı nəqliyyat
Konfransın təqvimi:
30 aprel 2024-cü il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
15 may 2024-cü ilə qədər: Təqdim edilmiş sənədlər ekspert rəyindən keçir. Proqram Komitəsi məqalələrin qəbulu/rədd edilməsi barədə müəlliflərə məlumat verəcəkdir.
Konfransın işçi dilləri:
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis, rus və türk dillərində aparılacaq.
Ümumi məlumat
Konfransa təqdim ediləcək məqaləni tərtib etmək üçün şablon verilib. Məqalə birbaşa şablonun üzərində tərtib edilə bilər. Şablona uyğun olmayan və fərqli formatlarda hazırlanmış məqalələr qəbul və çap edilməyəcək. Buna birbaşa müəllif cavabdehdir. Məqalələr e-mail vasitəsilə logistics@beu.edu.az ünvanına göndəriləcək. E-mailin mövzu hissəsində məqalənin hansı sahəyə (Azərbaycanda nəqliyyat sisteminin logistik təşkili, Nəqliyyat texnologiyaları və innovasiyalar, Nəqliyyatda investisiya və biznes planlaşdırma, Nəqliyyat dəhlizləri və təchizat zəncirinin idarə edilmə problemləri, Nəqliyyatda informasiya texnologiyaları, Nəqliyyatın ekoloji problemləri və dayanıqlı nəqliyyat) göndərildiyi mütləq qeyd olunmalıdır. Məqalələr 30 aprel 2024-cü il tarixinə qədər göndərilməlidir. Qeyd edilən tarixdən sonra göndərilən məqalələr diqqətə alınmayacaq. Konfransa yalnız (başqa yerdə nəşr və məruzə olunmamış) orijinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məqalələr konfransın elm komitəsi tərəfindən dəyərləndiriləcək. Məqalə hansı dildə göndərilməsindən (Azərbaycan, türk, ingilis, rus) asılı olmayaraq, dil qaydalarına uyğun və tam anlaşılan səviyyədə olmalıdır. Yazı qaydalarına, konfrans tələblərinə uyğun olmayan məqalələr qəbul edilməyəcək.
Konfrans materialları elektron formada nəşr ediləcək.
Əlavə məlumat üçün Təşkilat Komitəsinə müraciət edə bilərsiniz.
Əlaqə ünvanları:
AZ 0101, Xırdalan ş., Həsən Əliyev küç. 120, Bakı Mühəndislik Universiteti
E- mail: logistics@beu.edu.az
Əlaqə nömrəsi: 055-745-09-46
MƏQALƏNİN BAŞLIĞI,
MÜƏLLİFİN ADI, SOYADI
Universitet/İnstitut adı
Fakültə/Bölmə adı
ŞƏHƏR, ÖLKƏ
1. Xülasə
Tədqiqat işinin qısa icmalı. Burada işin aktuallığı, məqsədi, elmi yeniliyi, praktiki əhəmiyyəti, üstünlükləri və nəticəsi yer almalıdır. Xülasə bir paraqraf və 100-150 sözdən ibarət olmalıdır. Qısaltma, istinad və haşiyələr istifadə edilməməlidir.
Əgər məqalə ingilis dilində yazılmayıbsa, o zaman xülasə ingilis dilində də verilməlidir.
2. Açar sözlər: açar söz-1, açar söz-2, açar söz-3
Açar sözlər xülasədən sonra qeyd olunmalıdır.
3. Giriş
Girişdə tədqiqat işinin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti, metod və metodologiyası, elmi ədəbiyyatda qoyuluşu və s. göstərilir. Ümumilikdə giriş aşağıdakı 4 hissədən ibarət olmalıdır:
1. Tədqiqat işi ilə əlaqəli qısa məlumat verilir. İşin aktuallığı və əhəmiyyəti göstərilir.
2. Tədqiqat işinə olan ehtiyac göstərilir. Hal-hazırda yerinə yetirilmiş işlər və problemlər göstərilir.
3. Qarşıya qoyulan məqsədə çatmaq üçün yerinə yetirilmiş tədqiqat işi açıqlanır.
4. Tədqiqat işinin strukturu göstərilir.
4. Tədqiqat metodu
Qarşıya qoyulmuş məsələni həll etmək üçün istifadə edilmiş metod və materiallar göstərilir. Aparılmış elmi təcrübələr nəticəsində əldə edilən cədvəllər, blok-sxemlər, qrafiklər göstərilir. Bu fəsildə tədqiqat işinin səmərəliliyi açıqlanmır, ancaq aparılmış təcrübələr və onların nəticəsi açıqlanır.
5. Nəticə
Aparılan tədqiqat üzrə əldə edilmiş nəticələr müzakirə edilir. Əldə edilmiş nailiyyətlər, üstünlüklər və işin səmərəliliyi qeyd edilir.
6. Ədəbiyyat siyahısı
Tədqiqat işində istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi göstərilir. Nümunə üçün: (Qasımov, 2023). İstinaddan sonra nöqtə qoyulur. Ədəbiyyatlar aşağıdakı nümunəyə uyğun olmalıdır:
1. Janic, M. (2007). Modelling the full costs of an intermodal and road freight transport network. Transportation Research Part D: Transport and Environment. 12 (1): 33–4
2. Flyvbjerg, B., Skamris Holm, M. K., Buhl, S. L. (2006). Inaccuracy in traffic forecasts. Transport Reviews. 26 (1): 1–24.
3. Behdani, B., Fan, Y., Wiegmans, B., Zuidwijk, R. (2016). Multimodal schedule design for synchromodal freight transport systems, European Journal of Transport and Infrastructure Research. 16 (3): 424–444
4. Woodburn, A. (2012). Intermodal rail freight activity in Britain: Where has the growth come from? Research in Transportation Business and Management. 5: 16–26
Fəsillərin və mətnlərin formatı
Məqaləni tərtib etmək üçün hər bir bölməyə (ana başlıq, alt başlıq, mətn, siyahı, və s.) uyğun olan format (şriftin adı, ölçüsü, kənar məsafələri və s.) şablonda verilmişdir. Məruzəni şablonun üzərində işləyərkən lazım olan format qorunacaqdır. Bu formatı dəyişdirməyə icazə verilmir.
Məqalənin mətni 1200– 3500 söz arası olmalıdır.
Tədqiqat işində verilmiş şəkil, qrafik, blok-sxem, cədvəl və s. aşağıdakı nümunəyə uyğun olmalıdır. Şəkillər (qrafik, blok-sxem və cədvəllər) mətn içərisində ortada yazılmalıdır.
Şəkil 1. Azərbaycanın nəqliyyat sektorunda yük dövriyyəsi, milyon ton-kilometr, Şəkil, şəkil açıqlaması və mətn arasında 6 pt məsafə buraxılmalıdır. Hər bir şəklin nömrəsi olmalıdır və mətn içərisində şəklin izahı verilməlidir. Şəkil başqa mənbədən alındığı zaman mütləq istinad verilməlidir.
Cədvəl 1. Azərbaycan Respublikasında nəqliyyat sektorunda yük daşınması, əvvəlki ilə nisbətən %-lə
Mənbə: “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2023”, “State Statistical Committee of the Republic of Azerbaijan, 2023”
Tənliklər
Mətn içərisində verilmiş hər bir tənliyin nömrəsi verilməlidir. Tənliklər ortada yazılmalıdır.
Vacib qeyd:
1. Məqalələrin tək sütunda olması,
2. Məqalənin içərisində səhifələrin “page break” ilə bölünməməsi,
3. Məqalənin içərisində istifadə olunan hər hansı bir fiqur üçün istifadə olunan “shape”-ləri qruplaşdırmaq.
Əlaqə məlumatı:
Əlaqə: Konfransın məsul katibi – dos. Nicat Kərimov
Telefon: +994 (12) 349 99 66/67
Fax: +994 (12) 349 99 90
Mobil & WhatsApp: (+994 55) 745-09-46
E-poçt: logistics@beu.edu.az
Ünvan: Bakı Mühəndislik Universiteti, Xırdalan şəh., Həsən Əliyev küç., 120