ABŞ-da təhsilini davam etdirən BMU məzunu ilə görüş keçiriləcək

23 Yanvar 2023
ABŞ-da təhsilini davam etdirən BMU məzunu ilə görüş keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “Məzunlarımız haradadır?” adlı layihə çərçivəsində növbəti görüş keçiriləcək. Layihənin ikinci qonağı  ABŞ-da təhsilini davam etdirən BMU-nun Kimya münəhdisliyi ixtisasının məzunu Məhərrəm Bəkiroğlu olacaq.

Görüş cari ilin 29 yanvar tarixində saat 20:00-da onlayn formada təşkil ediləcək (qeydiyyat linki: https://forms.gle/7G2cf87BNNB7q9589).

M.Bəkiroğlu fakültə birincisi olaraq BMU-nu (bakalavr) bitirdikdən sonra 2021-2022-ci illərdə ABŞ-da Lousiana Dövlət Universitetində magistr təhsili alıb. 

BMU məzunu hazırda Iowa Dövlət Universitetində (ABŞ) Kimya mühəndisliyi ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Qeyd edək ki, “Məzunlarımız haradadır?” layihəsi BMU tələbələri tərəfindən yaradılan “Society of Chemical Engineers” tərəfindən həyata keçirilir. Əsas məqsəd bu sahədə ixtisaslaşan köhnə məzunlarla tələbələri bir araya gətirmək, onların ideya, fikir və hədəflərinin reallaşması üçün motivasiya rolunu oynamaqdır. Layihənin ilk qonağı BMU-nun Mühəndislik fakültəsinin Kimya mühəndisliyi ixtisasının məzunu, hazırda “Tesla” şirkətində çalışan Paşa Feyzullayev  olmuşdu.

 

Digər elanlar