Azərbaycan Respublikasının Mərkəzi Bankı 2021-ci il üzrə İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.
İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat, Maliyyə, Statistika, Sığorta, Risklərin idarə edilməsi, Hüquq, Menecment, Tətbiqi riyaziyyat, Kompüter elmləri və informasiya texnologiyaları, İqtisadi kibernetika.
İnternatura proqramı 01 iyul -10 sentyabr 2021-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt bölməsinə daxil olaraq tamamlamaq mümkündür.
Son müraciət tarixi 10 fevral 2021-ci ildir. Tələblərlə tanış olmaq və müraciət etmək üçün: https://www.cbar.az/hr/f?p=100:101:10645687051412:::::