Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbəsi “SOCAR Downstream Management” MMC-nin Heydər Əliyev adına Neft Emalı Zavodunda təcrübə gəzintisində olublar.
BMU-nun Müəssiələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə neft kimyası fənni üzrə istehsalat müəssisəsinə gerçəkləşdirilən səfərdə kimya müəllimliyi ixtisasının IV kurs tələbələri iştirak ediblər.
Tələbələr neftin ilkin emalı prosesi, katalitik krekinq və qurğuların ümumi idarəetmə sisteminin işləmə prinsipini əyani şəkildə izləyiblər.
İctimaiyyətlə əlaqələr şöbəsi