Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestri üzrə imtahanların mütəşəkkil qaydada təşkili ilə bağlı iclas keçirilib.
İclasda dekanlar, dekan müavinləri, kafedra müdirləri və imtahan nəzarətçiləri iştirak edib.
Tədris işləri üzrə prorektor Həmzağa Orucov imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin vacibliyini xatırladıb, müəlllim və nəzartəçilərin üzərinə düşən vəzifə və öhdəlikləri vurğulayıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova payız semestri üzrə imtahanların təşkili ilə bağlı hazırlanan təlimatlar, o cümlədən əsas qaydalar və yeniliklər haqda məlumat verib. O, imtahan sessiyasının gedişatı boyunca mütəmadi monitorinqlərin davam etdiriləcəyini də nəzərə çatdırıb.
Müvafiq təlimatların universitetin Elektron Personal Məlumat Sistemində yerləşdirildiyini deyən Keyfiyyətin təminatı şöbəsinin müdir müavini Xanlar Heydərov hazırlanan qaydalarla bağlı təqdimatla çıxış edib. O, “Dekanlıq və kafedralar üçün imtahanların təşkili təlimatı”, “İmtahan nəzarətçiləri üçün imtahanların təşkili təlimatı” üzrə müvafiq qaydaları ətraflı izah edib.
İclasda imtahan sessiyasının gedişinə nəzarətin təşkili, universitetdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə yaradılan Qərargah və Apelyasiya Komissiyası, buraya daxil olacaq hər bir şikayətin operativ şəkildə araşdırılması məsələlərinə toxunulub, müvafiq tövsiyələr verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi