BMU-da YAP Gənclər Birliyinin təşəbbüsü ilə yaradılan “YENİ Klub”a sədr seçilib

13 fevral 2026
BMU-da YAP Gənclər Birliyinin təşəbbüsü ilə yaradılan “YENİ Klub”a sədr seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) “Elektrik və elektronika mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi İlqar Sarıyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”a sədr seçilib. 

 

Gənclər siyasəti və təşkilatçılıq sahəsində müvafiq təcrübəyə malik olan İlqar Sarıyev 2024-cü ildən etibarən BMU Tələbə Gənclər Təşkilatında sədr müavini olub. Universitetin sosial-ictimai fəaliyyətində aktiv iştirakına görə müxtəlif mükafatlara, o cümlədən “İlin TGT fəalı” adına və “Brend tələbə” statusuna layiq görülüb. Eyni zamanda ali məktəbdə keçirilən rəsmi tədbirlərin təşkilində aktiv rol oynayıb.

 

Yeni sədrin rəhbərliyi ilə “YENİ Klub”un fəaliyyətinin daha sistemli şəkildə inkişaf etdirilməsi, tələbələrin sosial-ictimai fəallığının artırılması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

 

Ona göstərilən etimada görə təşəkkürünü bildirən İlqar Sarıyev “YENİ Klub”un fəaliyyətinin genişləndirilməsi, həmçinin universitet daxilində innovativ təşəbbüslərin həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyini bildirib.

 

Qeyd edək ki,  “YENİ Klub”ların əsas məqsədi ali təhsil müəssisələrində gənclərin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf və bir sıra digər istiqamətlərdə təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.  

BMU-da YAP Gənclər Birliyinin təşəbbüsü ilə yaradılan “YENİ Klub”a sədr seçilib | BEU